Böyük Britaniyanın Baş naziri Keir Starmer və ABŞ Prezidenti Donald Tramp ABŞ Prezidentinin Qrenlandiya ilə bağlı mövqeyini müzakirə etmək üçün gərgin on dəqiqəlik telefon danışığı aparıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Express" mənbələrə istinadən məlumat yayıb.
Zəng Starmer "Chequers"də olduğu zaman baş tutub.
Britaniya Baş nazirinin ABŞ prezidenti ilə söhbəti zamanı çıxışı "aydın və səmimi" kimi xarakterizə edilib.
Starmer Trampa bildirib ki, Qrenlandiya ilə bağlı NATO müttəfiqlərinə tariflərin tətbiqi səhv addımdır.
Tramp isə strateji əhəmiyyətli əraziyə olan marağını açıq şəkildə bəyan edib.
Əli Hüseynov
Bakı 




