• Bakı C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Rusiyadan Çinə qızıl idxalı rekord səviyyəyə çatıb

DÜNYA

24 Yanvar 2026 | 17:07

Rusiyadan Çinə qızıl idxalı rekord səviyyəyə çatıb

Çin Xalq Respublikası ötən il Rusiyadan qızıl idxalını rekord səviyyəyə çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Çin gömrük məlumatlarına əsasən xəbər yayıb. 

Təchizatların ümumi dəyəri 3,29 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14,6 dəfə çoxdur. İdxalın fiziki həcmi doqquz dəfə artaraq 25,3 tona çatıb. Hər iki göstərici iki ölkə arasında ticarət tarixində ən yüksək göstərici olub.

Çinlilər qızılı əsasən külçə şəklində alıblar. Alışlar müntəzəm olaraq deyil, ilin müəyyən aylarında baş verib. Məsələn, 2025-ci ildə tədarüklər fevral, mart, eləcə də oktyabr-dekabr aylarında baş tutub.

Ötən ilin son ayında idxal 1,35 milyard dollar (on ton) təşkil edib ki, bu da tarixi maksimum həddə çatıb.

Aynur Babazadə


SON XƏBƏRLƏR

23 Yanvar 2026