• Bakı C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

ABŞ-nin dövlət borcu hər saniyə 75 min dollar artır

DÜNYA

25 Dekabr 2025 | 17:34

ABŞ-nin dövlət borcu hər saniyə 75 min dollar artır

Kentukki ştatından Respublikaçı Senator Rend Pol tərəfindən hazırlanan ABŞ hökumətinin xərcləri haqqında illik hesabata görə, ABŞ-nin milli borcu bu il hər saniyə 75.000 dollar artıb.

Bakıvaxtı.az xəbər verir ki, onun hesablamalarına görə, növbəti on il ərzində ABŞ öz borcuna hər il orta hesabla 23,9 trilyon dollar əlavə edəcək. 

Senator qeyd edir: "ABŞ hökuməti növbəti on il ərzində hər gün borcuna 6,53 milyard dollardan çox əlavə edəcək. Biz saatda 272 milyon dollardan, dəqiqədə 4,54 milyon dollardan və saniyədə 75.000 dollardan çox borc alırıq".

O, ABŞ Prezidenti Donald Trampın 50 ildən sonra ilk dəfə olaraq "beynəlxalq təşkilatlara xarici yardım və maliyyələşdirməni 5 milyard dollar azaltmaq" qərarını xərclərlə mübarizənin səmərəli, ancaq xırda bir yolu adlandırıb. 

Əli Hüseynov


SON XƏBƏRLƏR