• Bakı C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Mərkəzi Bankın not hərracları üzrə faiz dərəcələri aşağı düşdü

İQTİSADİYYAT

25 Dekabr 2025 | 15:18

Mərkəzi Bankın not hərracları üzrə faiz dərəcələri aşağı düşdü

Dekabrın 1-ə olan məlumata əsasən, Mərkəzi Bankın təşkil etdiyi müxtəlif müddətli not hərraclarının faiz dərəcələri aşağı düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Belə ki, həmin dövrə 28 günlük notlar üzrə faiz dərəcəsi 6,75 faiz təşkil edib. Bu göstərici cari ilin fevral ayı ilə müqayisədə (yanvarda not hərracı yerləşdirilməyib) 0,52 faiz bəndi azalıb.

Həmin dövrə 84 günlük notlar üzrə faiz dərəcəsi isə 6,8 faiz təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 1 faiz bəndi azdır.

Eyni tendensiya 168 və 252 günlük not hərraclarında da müşahidə olunub. Dekabrın 1-nə 168 və 252 günlük not hərraclarında faiz dərəcəsi 7% təşkil edib ki, bu göstəricilər ilin əvvəlinə -yanvar ayına nəzərən müvafiq olaraq, 1 və 1,4 faiz bəndi azalıb.

Qeyd edək ki, noyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 472.4 milyon manat təşkil edib.


SON XƏBƏRLƏR