• Bakı C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Türkiyədə 23 məktəbli şokoladdan zəhərləndi

DÜNYA

25 Dekabr 2025 | 19:49

Türkiyədə 23 məktəbli şokoladdan zəhərləndi

Türkiyənin Kütahya şəhərində 23 şagird zəhərlənmə şübhəsi ilə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, bəzi şagirdlərdə şokolad yedikdən sonra ürəkbulanma və qusma qeydə alınıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilləri ilə 23 məktəbli xəstəxanaya çatdırılıb.

Şübhəli məhsullardan nümunələr götürülərək ekspertiza olunub, hadisənin səbəbləri araşdırılır.


SON XƏBƏRLƏR