• Bakı C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Baş nazirlər AZAL təyyarəsi qəzasının ildönümündə bir-birilərinə başsağlığı veriblər

SİYASƏT

25 Dekabr 2025 | 13:40

Baş nazirlər AZAL təyyarəsi qəzasının ildönümündə bir-birilərinə başsağlığı veriblər

Azərbaycanın Baş naziri Əli Əsədov və Qazaxıstanın Baş naziri Oljas Bektenov "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.

Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.


SON XƏBƏRLƏR