Müşahidələr göstərir ki, payız-qış fəsillərində qrip infeksiyasına yoluxma daha şox bayram və tətil günlərinə tğsadüf edir.
Bakıvaxtı.az xəbər verir ki, qarşıda qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması da bu dövrdə qrip infeksiyasına yoluxanların sayının artmasına səbəb ola bilər.
Bəs necə edək, nələrə diqqət yetirək ki, bayram bə tətil günlərini xəstəliksiz keçirək?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur. Onun sözlərinə görə, bu, mümkün olmadığı təqdirdə, xəstəlik əlamətləri olan insanlarla təmas zamanı həm özümüz, həm də xəstə şəxs maskadan istifadə etməlidir.
T.Eyvazov bildirib ki, virusların quru səthlərdə bir müddət yaşaya bilməsi və asqıraq-öskürək, əllə toxunma nəticəsində əşyaların çirklənməsi virusun ötürülməsində müəyyən rol oynadığından əllərimizi ağzımıza və gözlərimizə vurmamağa çalışmalı, qida qəbulundan əvvəl ən azı 20 saniyə müddətində əllərimizi sabunla yumaq lazımdır:
“Xəstə şəxsləri mümkün qədər kollektivə buraxmamalı və imkan olduqda qapalı yerdə izolə etmək lazımdır”.
Nərgiz Məmmədli
Bakı 




