Araz çayı üzərində inşa edilən Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərlə görüşündə bildirib.
O, Araz dəhlizi üzrə görülən işlərdən danışaraq avtomobil yolunun tikintisinin sürətlə davam etdiyini qeyd edib. Nazir müavini bildirib ki, hazırda yol genişləndirilərək dörd zolaqlı vəziyyətə gətirilir.
“Hazırda yolu genişləndirib dörd zolaqlı edirik. Araz üzərində Ağbənd–Kəlalə körpüsünün tikintisini Novruz bayramına qədər bitirməyi planlaşdırırıq”, – deyə V.Cəlalzadə vurğulayıb.
Bakı 




