• Bakı C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Azərbaycanda qar yağacaq, duman olacaq

CƏMİYYƏT

22 Fevral 2026 | 12:25

Azərbaycanda qar yağacaq, duman olacaq

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 22-dən 23-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.


    SON XƏBƏRLƏR

    21 Fevral 2026