Şamaxı şəhərində anadan olan Raisa Borisovna Sinitsına 102 yaşında İsraildə vəfat edib.
Bakıvaxtı.az “Shimal.news”a istinadən xəbər verir ki, R.Sinitsına uzun illər əvvəl Azərbaycandan Leninqrada (indiki Sankt-Peterburq) köçüb, Birinci Dünya müharibəsi vaxtı xeyli müddət mühasirədə yaşayıb. Blokadanın götürülməsinin 75 illiyi münasibətilə xatirə şamını yandırmaq şərəfinə layiq görülüb.
Leninqrad Konservatoriyası nəzdində fəaliyyət göstərən 10 illik musiqi məktəbini violonçel ixtisası üzrə bitirən Raisa həvəskar orkestralarda çıxış edib. Əsas peşəsi isə həkim-pediatr olub.
O, 1992-ci ildə İsrailə köçüb. 2019-cu ildə israilli rejissor E.Qraboy müxtəlif kateqoriyalarda çoxsaylı mükafatlar qazanan “Raya Sinitsınanın müharibəsi” sənədli filmini çəkib. O, gənc yaşlarında Azərbaycandan ayrılsa da, İsrail-Azərbaycan “Azİz” assosiasiyasının tədbirlərində tez-tez iştirak edib.
Bakı 




