• Bakı 14° C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Ermənistan Azərbaycanın mövqeyini nəzərə alıb - Mirzoyan

SİYASƏT

23 Mart 2026 | 13:09

Ermənistan Azərbaycanın mövqeyini nəzərə alıb - Mirzoyan

Azərbaycan danışıqlar zamanı Ermənistan Konstitusiyasında dəyişikliklər tələb etmir, lakin mövcud müddəalar qalacağı təqdirdə sülh müqaviləsi imzalamayacağı barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bazar ertəsi günü parlamentin xarici əlaqələr komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti danışıqlar zamanı Ermənistandan Konstitusiyasını dəyişdirməyi tələb etmir.

"Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Ermənistan Konstitusiyasında dəyişikliklər tələb etmir. Amma başqa bir şey var və onlar bunu açıq şəkildə bildirirlər. Onlar deyirlər ki, Konstitusiyanızda bu cür ifadə (Azərbaycana ərazi iddiası - Qarabağın Ermənistana birləşdirilməsi-red.) olduğu müddətcə, biz sülh müqaviləsi imzalamağı planlaşdırmırıq", - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bu mövqeyi nəzərə alıb.

Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini təhlükə adlandırmışdı.

O, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadların olmayacağını bildirib, çünki onun fikrincə, bu, münaqişə riskini yaradır. Xüsusilə, Bəyannamənin müddəalarından biri Ermənistanın “Dağlıq Qarabağ”la birləşməsini nəzərdə tutur ki, bu da Azərbaycanın əleyhinədir.


SON XƏBƏRLƏR

22 Mart 2026