q
  • Bakı 14° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

SİYASƏT

22 Aprel 2026 | 11:57

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan 2026-cı ilin iyun ayında Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən "RES2026" regional ekoloji sammitində çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, bu, qlobal dayanıqlı inkişaf gündəliyinə əlavə təkan verəcək.

"COP29-un uğurla keçirilməsi təcrübəsinə əsaslanaraq, Azərbaycan cari ilin may ayında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməyə hazırlaşır. Bundan başqa, iyun ayında Azərbaycan 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək", - Ə.Əsədov qeyd edib.

O vurğulayıb ki, Bakı şəhərsalma və ekologiya sahəsində beynəlxalq səylərin birləşdirilməsi, həmçinin qlobal dayanıqlı inkişaf gündəliyinin irəliləməsi üçün bu platformalardan istifadə etmək niyyətindədir.

Baş nazir birgə səylərin daha da gücləndirilməsinin və transsərhəd ekoloji məsələlərin həllində uzlaşdırılmış yanaşmanın təmin edilməsinin vacibliyini vurğulayıb. "Azərbaycan beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalır və ümumi məqsədlərə nail olunmasına fəal şəkildə töhfə verməyə hazırdır", - o əlavə edib./Report


SON XƏBƏRLƏR

21 Aprel 2026