Tarixçi alim, professor Cəmil Həsənli Routledge nəşriyyatında (London və Nyu York) çıxan kitabının (The Iranian Oil Crisis and Mossadegh in the Cold War, 1949-1953) may ayının 14-də ABŞ-ın Stanford Universitetində keçiriləcək təqdimatında iştirak edə bilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun özü bildirib:
“Bu təqdimatla bağlı mən bu ilin may ayının ortalarında Amerikaya getməli idim. Lakin “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından mənim ölkədən çıxışıma qadağa – yəni stop qoyub”.
Təqdimata gedə bilməyəcəyini deyən C.Həsənlinin sözlərinə görə, mərasimə sosial media üzərindən onlayn qatılacaq.
Bakı 




