Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur.
Bakı Metropoliteni QSC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, sıxlığa səbəb qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir.
Hazırda metronun bir sıra stansiyalarında, xüsusilə “20 Yanvar”, “İnşaatçılar”, “28 May” və “Koroğlu”da sərnişin axınının artdığı, platforma və keçidlərdə sıxlığın yarandığı müşahidə edilir.
Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.
***
09:15
Xəbər verdiyimiz kimi, bu gün Bakı Metropolitenində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.
Bakıvaxtı.az bu səbəbdən metropolitendə sıxlıq yaşanıb.
Xatırladaq ki, dünən saat 12:10 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir saatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpa edilib.V
Baş verən texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir. Hadisənin ilkin qiymətləndirilməsi aparılıb, müvafiq texniki və təşkilati yoxlamalar həyata keçirilir.
Zeynəb Rzayeva
Bakı 





