Aprelin 21-də baş vermiş texniki insidentlə bağlı operativ tədbirlər davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edilib ki, Bakı metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.
Qatarların hərəkət intervalları belə müəyyən edilib:
“Əhmədli – 28 May” xətti üzrə 2 dəqiqə 8 saniyə
“28 May – Dərnəgül” xətti üzrə 4 dəqiqə 15 saniyə
“28 May – İçərişəhər” xətti üzrə 4 dəqiqə 15 saniyə
Qeyd edilib ki, qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir.
***
08:33
Bu gün Bakı Metropolitenində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.
Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Verilən məlumata görə, bu səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.
Qatarların hərəkət intervalları belə müəyyən edilib:
“Əhmədli–28 May” xətti üzrə – 2 dəqiqə 30 saniyə
“28 May–Dərnəgül” xətti üzrə – 5 dəqiqə
“28 May–İçərişəhər” xətti üzrə – 5 dəqiqə
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri buradan https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli
***
21 aprel, saat 23:32
Bu gün saat 12:10-da “Ulduz–Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb. Qısaqapanma nəticəsində qısamüddətli tüstülənmə müşahidə edilib və bununla əlaqədar operativ şəkildə təxirəsalınmaz tənzimləmə tədbirləri icra olunub.
"Bakı Metroppliteni" QSC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin araşdırmanın nəticəsi olaraq, saat 15:00-da Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilməklə, müvafiq texniki tədbilərin icrası barədə qərarlar qəbul olunub. Operativ tədbirlər planına uyğun, qısaqapanma baş vermiş kabel xəttində təhlükəsizlik qaydaları qorunmaqla texniki işlərin icrasına başlanılıb. Həmçinin hadisənin təkrarlanması ehtimalının da qarşısının alınmasına xidmət edəcək əlavə tədbirlər görülür.
Bu məqsədlə hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizliyin, habelə digər texniki dəstək tədbirlərinin gücləndirilməsi işləri aparılır. Həmçinin texniki insidentin detallı təhlillərinin davam etdirilməsi təmin olunacaq.
Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi və qeyd olunan tədbirlərin tam təhlükəsiz başa çatdırılması məqsədilə aprel ayının 22-si günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur.
Sərnişinlərdən baş vermiş hadisə ilə əlaqədar üzr istəyir, yaranmış vəziyyətə anlayışla reaksiya göstərdikləri üçün təşəkkür edirik.
Texniki araşdırmalar və təhlillərin nəticələri, görüləcək işlər və digər məsələlər barədə ictimaiyyətə operativ məlumatlar təqdim ediləcək.
Bakı 




