• Bakı 14° C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

SEPAH-dan şok hədə: "Regionun işığını söndürəcəyik!"

SİYASƏT

23 Mart 2026 | 11:17

SEPAH-dan şok hədə: Regionun işığını söndürəcəyik!

İran İnqilab Keşikçiləri elektrik stansiyalarının hədəfə alınacağı təqdirdə qisas tədbirləri görəcəklərini açıqlayıb.

Bakıvaxtı.az "LeMonde.fr" istinadən xəbər verir ki, İnqilab Keşikçiləri bazar ertəsi səhər yaydığı bəyanatda xəbərdarlıq edib:

"İran elektrik stansiyalarına hücumlar baş verərsə, İsrail elektrik stansiyalarını, eləcə də regiondakı ölkələrdəki Amerika bazalarını elektrik enerjisi ilə təmin edənləri hədəf alaraq cavab tədbirləri görəcək".

Qeyd edək ki, şənbə günü ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər Tehran Hörmüz boğazını 48 saat ərzində tam açmasa , İran elektrik stansiyaları hədəfə alınacaq . İnqilab Keşikçiləri isə  bəyan edib:

"Biz istənilən təhdidə bərabər dərəcədə çəkindirici güclə cavab verməyə qərarlıyıq.Əgər siz elektrik enerjisinə toxunsanız, biz də elektrik enerjisinə toxunacağıq".

Aydın Baxış


SON XƏBƏRLƏR

22 Mart 2026