• Bakı 12° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv olunacaq? - AÇIQLAMA

FORMULA 1

22 Mart 2026 | 13:44

Formula-1 üzrə builki Azərbaycan Qran-prisi ləğv olunacaq? - AÇIQLAMA

Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Formula-1" yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iddia ilə "Formula-1"i işıqlandıran idman jurnalisti Jiuliana Cerasoli çıxış edib.

O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb:

"Belə bir məlumat bizə daxil olmayıb. Yarış qüvvədədir və "Formula-1" təqviminə uyğun keçirilməsi nəzərdə tutulur".

Qeyd edək ki, "Formula-1" təqviminə əsasən, Bəhreyn (5-ci mərhələ) və Səudiyyə Ərəbistanında (6-cı mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beş həftəlik fasilə yaranacaq. May ayında yarışlar ABŞ Qran-prisi ilə davam edəcək.


SON XƏBƏRLƏR

21 Mart 2026