• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bayram günü avtobus xarab oldu, sərnişinlər yolda qaldı 

CƏMİYYƏT

22 Mart 2026 | 23:49 | Müəllif: Zeynəb Rzayeva

Bayram günü avtobus xarab oldu, sərnişinlər yolda qaldı

569 nömrəli marşrut avtobuslarından şikayətlər artmaqda davam edir.

Sərnişinlərdən Bakıvaxtı.az-ın qaynar xəttinə daxil olan məlumata görə, bu dəfə sözügedən marşrutun sonuncu səfəri zamanı avtobus yolun ortasında sönüb.

Şikayətə görə, vətəndaşlar bayram əyləncəsini tam yaşaya bilməyiblər. Belə ki, avtobus yolun ortasında söndüyündən  gecə saatlarında yolda qalıblar.

Sərnişinlər hadisənin Masazır qəsəbəsi ərazisində, Qubadlı məktəbinin yaxınlığında baş verdiyini bildiriblər.

Hadisəyə səbəb avtobusun elektrik enerjisinin bitməsi göstərilir. Ancaq dəqiq səbəb hələlik bəlli deyil.

Eyni zamanda şikayətə əlavə edilib ki, 569 nömrəli marşrut digər marşrutlar kimi gecə saat 00:00-a kimi deyil, 10:00-a qədər, bəzən daha tez səfərlərini bitirir. Bu da sərnişinlərin gecə saatlarında yolda qalmasına, uzaq və ya bahalı alternativlərə yönəlməsinə səbəb olur.

Həmçinin kobud rəftar təhlükəli manevrlər də şikayətlər arasında yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026