q
  • Bakı 10° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Bu marşrut üzrə bütün avtobuslar yenilənir

CƏMİYYƏT

21 Aprel 2026 | 19:35

Bu marşrut üzrə bütün avtobuslar yenilənir

53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənib. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.


SON XƏBƏRLƏR