• Bakı 18° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

"Özümə kişilərin olmadığı serial tapacağam"

CƏMİYYƏT

21 May 2026 | 17:49

Özümə kişilərin olmadığı serial tapacağam

"Çəkiliş meydançasında çoxlu kişi ilə işləyirik. Həmişə mafiya serialları olur. Kaş ki, bir malikanədə baş verən hekayə olaydı, nəhayət rahatlaya biləydim. Kaş ki".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri türkiyəli aktyor Oktay Kaynarca jurnalistlərə açıqlamasında deyib. O, növbəti dəfə həmkarı Halit Ergençi buna görə qısqandığını dilə gətirib:

"Həmişə deyirəm ki, Halitə çox paxıllıq edirəm. O, sarayda, hərəmxanada seriala çəkilib. Necə də gözəldir. Bu günə qədər mənim başıma belə bir şey gəlməyib. Həmişə kişilərlə birlikdəyəm. Bu, taleyin işidir. Bundan sonra planlaşdıracağam. Bundan sonra özümə kişilərin olmadığı serial tapacağam".


SON XƏBƏRLƏR