Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimi böyük coşqu ilə baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən aparıcı iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Açılış mərasimində Olimpiadanın himni səsləndirilib. Daha sonra müxtəlif maraqlı rəqs və bədii kompozisiyalarla proqram davam edib. Yarışların yüksək əhval-ruhiyyə ilə qarşılanmasının arzu olunduğu mərasimdə alqış səsləri zalı bürüyüb. İştirakçı komandalar tribunada yer alaraq tədbiri izləyiblər. Ölkənin müxtəlif bölgələrindən gələn minlərlə şagird müxtəlif idman növləri üzrə keçiriləcək yarışlarda mübarizə aparacaq.
Təşkilatçılar Olimpiadanın gənclər arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və idmana marağın artırılması baxımından əhəmiyyətini vurğulayıblar. Tədbirin yarışlarla davam edəcəyi bildirilib.
Aynur
Bakı 








