• Bakı 28° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Sabahın HAVASI açıqlandı

CƏMİYYƏT

20 Iyun 2026 | 13:14

Sabahın HAVASI açıqlandı

İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb.

        Milli Hidrometeorologiya Xidmətindən  Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

        Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

        Azərbaycanın rayonlarında hava necə olacaq?

        Azərbaycanın dağlıq və dağətəyi rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

        Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24°, bəzi yerlərdə 26-29° isti olacaq.


        Batıgöz reklamMedia İnkişaf

        SON XƏBƏRLƏR

        19 Iyun 2026