• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

CƏMİYYƏT

20 Iyul 2026 | 11:54 | Müəllif: Əli Hüseynov

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında "İmtahanlar" bölməsinin "Lisey seçimi" alt bölməsindən tanış ola bilərlər.

Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur. Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki "Sorğularım" bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Lisey və gimnaziyaların keçid balları ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

Lisey və gimnaziyaların keçid balları/minimum bal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026