Əminə Şirin bu dəfə də övlad- valideyn münasibətindən söz açıb.
Bakıvaxtı.az adalet.az-a istinadla xəbər verir ki, ifaçı heç zaman övladını özünə borclu bilmədiyini söyləyib:
“Övladın valideynə deyil, valideynin övladına borcu var. Əgər övladım mənə baxacaqsa, nə xoş mənim halıma. Ancaq baxmayacaqsa, mən telyimlə barışan adamam. Demək ki, mən hardasa səhv etmişəm ki, onun cavabını alıram. Bu dünyada hər şey zəncirvaridir. Günəş yer kürəsini isidir, amma özünü isitmir. Ağac bar verir, amma öz meyvəsindən yemir. Valideyn övlada halallıq verdiyi kimi, övlad da valideynə halallıq verməlidir. Halallaşmaq insanlıq halıdır axı”.
Bakı 



