• Bakı 18° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

“Onlar bu təcrübədən çox şey götürəcəklər” - Nazir

CƏMİYYƏT

21 May 2026 | 18:10

“Onlar bu təcrübədən çox şey götürəcəklər” - Nazir

“Azərbaycanda keçirilən bu forum nümunəvi və beynəlxalq tədbir kimi yaddaşlarda qalacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri WUF13 çərçivəsində Adil Kərimli jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, müasir şəhərsalma strategiyaları, şəhərsalma mədəniyyəti, mədəni irsin qorunması və şəhərsalma nümunələri çox geniş müzakirəyə səbəb olur:

“Burada çox maraqlı mövzular çox fəal şəkildə həm xarici, həm daxili akademik təsisatların, beynəlxalq təşkilatların, mütəxəssislərin iştirakı ilə müzakirə olunur.

Bugünkü çox maraqlı sessiyamızda məhz işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpa edilməsi istiqamətində Azərbaycan təcrübəsi müzakirə olunub. “Peace4Culture” (Mədəniyyət naminə sülh) layihəsi təqdim olunmuşdur, beynəlxalq platforma çərçivəsində, xarici tərəfdaşlarla birlikdə. Bunlar beynəlxalq təşkilatlardır vƏ onların iştirakı ilə bu gün çox maraqlı bir müzakirə həyata keçirildi.

Düşünürük ki, Azərbaycan təcrübəsi bütün sahələrdə olduğu kimi, şəhərsalma sahəsində də, zəngin tarixi ənənələrə malik olan Azərbaycan şəhərsalma mədəniyyəti və eyni zamanda da mədəni irsin qorunması, onun bərpası təcrübəsi dünya üçün də maraqlı təcrübə olacaq. Mübadilə formatında, dünyada bu sahə ilə məşğul olan və maraqlanan insanlar bu təcrübədən çox şey götürəcəklər”. 


SON XƏBƏRLƏR