• Bakı 13° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Əliqismət Lalayev: “... o şəxsə heç salam verməyə dəyməzmiş"

CƏMİYYƏT

22 Mart 2026 | 13:07

Əliqismət Lalayev: “... o şəxsə heç salam verməyə dəyməzmiş

Azərbaycan  Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev REAL televiziyasının “Yazı taxtası” verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan  Respublikasının Mədəniyyət Nazirliyində, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında  çalışdığı illərdə  ölkə  mədəniyyətinə hər zaman uğurlu töhfələri ilə  seçilən, rəhbərlik etdiyi  kollektivlərdə hər kəsin sevgisini qazanan  Əliqismət  Lalayev bildirib ki, kinli insan olmasa da, bəzi məqamları unutmur:

"Mən kinli deyiləm. Amma bəzi şeylər var ki, heç vaxt yadımdan çıxmır. Unutmamaq hələ kinli olmaq demək deyil. Məncə, kinli insan qisas alan, qarşı tərəfə zərər vura bilən adamdır. Məndə bu yoxdur. Amma   mənə qarşı olan  pisliyi  heç vaxt  unutmaram”.

Əliqismət Lalayev aparıcının "Nəyi heç vaxt bağışlaya bilməzsiniz" sualını isə belə cavablandırıb: “Yalanı  heç vaxt  bağışlaya bilmirəm. İnsanı yalan danışmağa heç kəs məcbur edə bilməz. Bir insanın yalan danışdığını görəndə o, mənim gözümdən düşür.  Düşünürəm ki, o şəxsə heç salam verməyə dəyməzmiş. Xüsusən də  cəmiyyətdə müəyyən mövqeyi,  nüfuzu olan  vəzifə sahibi.  Axı səni  yalan danışmağa heç kim məcbur etmir. Heç tərəfdaşın da  səndən yalan  danışmagı  tələb etmir. Bəs sən niyə yalan danışırsan? Əgər insanın canında bu xüsusiyyət yoxdursa, onu heç kim yalan danışmağa vadar edə bilməz. Məni heç kim yalan danışmağa  sövq  edə bilməz”.

Qeyd edək ki, ömrünün 50 ildən çoxunu teatr sənətinə həsr edən tanınmış rejissor-pedaqoq və teatr təşkilatçısı veriliş zamanı  “indi insanlar həyatda səhnədəkindən daha gözəl rol oynayırlar” fikrini də səsləndirib.


SON XƏBƏRLƏR

21 Mart 2026