• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Zelenski: Rusiya bir həftədə 8 min itki verdi 

SİYASƏT

23 Mart 2026 | 00:16 | Müəllif: Zeynəb Rzayeva

Zelenski: Rusiya bir həftədə 8 min itki verdi

Rusiya hava şəraitinin yaxşılaşmasından istifadə edərək cəbhədə fəallığını artırıb, lakin bunun fonunda itkiləri də sürətlə yüksəlir. Təkcə son yeddi gün ərzində Rusiya 8 mindən çox hərbçisini itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.

O bildirib ki, rus qoşunları əlverişli hava şəraitindən yararlanaraq hücumlarını gücləndirməyə çalışıblar.

“Bu həftə rusların daha əlverişli hava şəraitindən istifadə edərək hücumlarını artırmaq cəhdlərini müşahidə etdik. Nəticədə isə yeganə nəzərəçarpacaq nəticə onların itkilərinin artması oldu. Son yeddi gün ərzində 8 mindən çox rus əsgəri öldürülüb və ya ağır yaralanıb”, – deyə bəyanatda qeyd olunub. (Unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026