• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Paşinyan Qarabağdan qaçan qadından üzr istədi

SİYASƏT

22 Mart 2026 | 20:33

Paşinyan Qarabağdan qaçan qadından üzr istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan metroda səsini yüksəltdiyi qadın və onun oğlundan üzr istəyib və şəxsən görüşməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Feysbuk səhifəsində canlı yayım zamanı üzr istəyib.

"Mən düzgün forma və məzmundan kənar deyilənlərə görə üzr istəyirəm. Hörmətli Mosiyan xanım, bu emosiyalara görə sizdən və oğlunuzdan üzr istəyirəm və ümid edirəm ki, yenidən metroda və ya başqa yerdə görüşüb sakit söhbət etmək imkanı olacaq. Bu söhbətin baş tutmasını istərdim. Bilirəm ki, imtina edib bir neçə sərt söz əlavə edəcəksiniz, bunu qəbul edirəm. Bəzi şeyləri səhv dediyimi, yanlış jestlərlə, tonla, mimika ilə dediyimi qəbul edirəm",- o bildirib.

Ermənistanın baş naziri cari hadisələrə həddindən artıq emosional münasibətlə reaksiya verdiyini və bunun özündə çatışmazlıq olduğunu etiraf edib.

Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan metrosunda olarkən, Qarabağdan köçdüyünü iddia edən bir qadınla mübahisə edib. (Axar.az)


SON XƏBƏRLƏR