• Bakı 13° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Sudanda tibb ocağına hücum: 69 ölü, 90 yaralı

DÜNYA

22 Mart 2026 | 09:53

Sudanda tibb ocağına hücum: 69 ölü, 90 yaralı

"Sudanda Darfurda səhiyyə müəssisəsinə edilən hücum nəticəsində 60-dan çox insan ölüb, təxminən 90 nəfər yaralanıb".

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  məlumat verib.

BMT-nin Sudandakı humanitar ofisindən bildirilib ki, Şərqi Darfurda bir xəstəxanaya edilən hücum dəhşət saçır.

Bu hücumda uşaqlar da daxil olmaqla onlarla insanın ölümü və daha çox insanın yaralanması barədə məlumat verilib . ÜST 69 ölüm və 90 yaralanma halı barədə məlumat verib.

Sudan ordusu ilə Sürətli Dəstək Qüvvələrinin (RSF) hərbi birləşmələri arasındakı münaqişəni sənədləşdirən müstəqil QHT olan "Emergency Lawyers ", zərbənin Əl-Daein Universiteti Tədris Xəstəxanasına endirildiyini bildirib. ÜST yeri dəqiqləşdirməsə də, hücumun ağır silahlardan edildiyini və ikinci dərəcəli səhiyyə müəssisəsinə, tibb işçilərinə, xəstələrə, ləvazimatlara və ehtiyatlara təsir etdiyini bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Mart 2026