ABŞ və İsrailin İrana qarşı müharibəsi və bunun fonunda Tehranın Hörmüz boğazını gəmilərə bağlaması ilə yaranan qlobal böhranda xam neft və təbii qaz çatışmazlığının yaratdığı enerji böhranı nüvə enerjisinə yeni investisiyaların qoyulmasına təkan verir.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, nüvə enerjisi investisiyalarını işıqlandıran Asiya media orqanları Türkiyənin bu sahədəki təşəbbüslərini də qiymətləndiriblər.
Qeyd olunub ki, Türkiyə nüvə enerjisi sahəsində qətiyyətlə irəliləyən ölkələrdən biridir.
Türkiyənin qlobal tərəfdaşlarla əməkdaşlıqdan istifadə edərək 8 yeni reaktorun inşasını əhatə edən plan çərçivəsində növbəti 10 il ərzində 100 milyard ABŞ dollarına qədər investisiya yatırmağı hədəflədiyi bildirilib:
“Enerji qiymətlərinin artması və regional qeyri-sabitlik fonunda Avropa ilə Asiya arasında yerləşən Türkiyə uzunmüddətli iqtisadi transformasiyaya başlayıb. Nüvə inkişaf proqramının flaqmanı Rusiyanın “Rosatom” şirkəti tərəfindən inşa edilən Akkuyu Atom Elektrik Stansiyasıdır (AES). 4,8 QVt gücə malik dörd blokun hamısı istifadəyə verildikdən sonra AES Türkiyənin elektrik enerjisinə olan ehtiyacının 10 faizini ödəyə biləcək”./Axar.az
Bakı 




