• Bakı 27° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Rutte Türkiyəyə gedəcək

DÜNYA

20 Aprel 2026 | 16:18

Rutte Türkiyəyə gedəcək

Şimali Atlantika Alyansının (NATO) Baş katibi Mark Rutte aprelin 21-22-də Türkiyəyə rəsmi səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri, general Yaşar Gülerlə görüşəcək.

Bundan başqa, alyansın baş katibi müdafiə sənayesi obyektini ziyarət edəcək.

"Səfər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərinə, habelə Türkiyə-NATO əlaqələrinə həsr olunacaq", - məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026