• Bakı 16° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Ağ Evin damına dronlar yerləşdiriləcək

DÜNYA

20 May 2026 | 00:22

Ağ Evin damına dronlar yerləşdiriləcək

Ağ Evin yeni tikilməkdə olan ziyafət zalının damına dronlar yerləşdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Binanın damı elə dizayn edilib ki, biz oraya qoşun yerləşdirə bilək. Orada yerləşdiriləcək snayperlər Vaşinqtonun tam mənzərəsini görəcəklər. Dam həmçinin bütün Vaşinqtonu qorumaq üçün dron limanı olacaq. Orada məhdud sayda dron yerləşdiriləcək”, - Tramp qeyd edib.

Tramp binanın konstruksiyasında keçilməz polad və keçilməz şüşələrdən istifadə edildiyini vurğulayıb:

“Dam dronlara davamlı olacaq. Əgər ora dron dəysə, heç nə olmayacaq. Binanın təxminən altı mərtəbəsi yer altında olacaq və burada tikilmiş hər şey üçün qalxan rolunu oynayacaq”.

Binanın tikintisinə sərf olunan vəsaitdən danışan ABŞ Prezidenti vurğulayıb:

“Bunların hamısı mənim və donorların puludur”.

 


SON XƏBƏRLƏR

19 May 2026