• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən qaçırıldı

DÜNYA

18 Iyun 2026 | 17:22

Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən qaçırıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Culture Inc. şirkətinin baş direktor müavini Erhan Karaal, İstanbuldakı evinin qarşısında şəxsiyyəti naməlum şəxslər tərəfindən qaçırılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Məlumata görə, Karaaldan təxminən 14 saatdır ki, xəbər yoxdur. Hadisə dünən axşam saat 21:00 radələrində Maltepedə baş verib.  Erhan Karaal avtomobilinin yanında gözləyərkən başqa bir nəqliyyat vasitəsindən düşən üç nəfərin hücumuna məruz qalıb. Karaalın döyüldüyü və daha sonra zorla nəqliyyat vasitəsinə mindirildiyi təhlükəsizlik kameralarına əks olunub. 

İş adamının axtarışı davam edir, fakt araşdırılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR