• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO

İQTİSADİYYAT

18 Iyun 2026 | 13:16

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb - FOTO

Bu gün Prezident İlham Əliyevin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüşü çərçivəsində "Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" layihəsi üzrə Kredit sazişi imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədə dövlət başçısının iştirakı ilə imza atılıb.

Bundan başqa, imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında "Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu" mübadilə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026