İran ətrafındakı vəziyyət həll edildikdən sonra region ölkələri Qəzza zolağındakı böhranın həllinə daha çox diqqət yetirə biləcəklər.
Bakıvaxtı.az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, İsrail bölgədə xaos yaratmaq istəyir. İsrail ölkələri işğal etmək və terror aktları törətmək istəyir ki, bu da qlobal təhlükəsizlik və iqtisadiyyat üçün mənfi nəticələrə səbəb olur:
"Görürük ki, İsrail getdikcə beynəlxalq ictimaiyyətin reaksiyası ilə üzləşir. Ümid edirik ki, bu, nəticə verəcək və bölgəmizdəki bütün ölkələr sülh, sabitlik və rifah içində yaşayacaqlar".
Nazir bildirib ki, ABŞ-nin Qəzza üçün sülh planının ikinci mərhələsinə keçmək üçün işlər görülür və çərçivə sənədi üzərində razılaşmaq üçün səylər göstərilir. Türkiyə də bu prosesdə iştirak edir.
Gülşən Şərif
Bakı 



