• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Özbəkistan BRICS Yeni İnkişaf Bankına qoşuldu 

İQTİSADİYYAT

18 Iyun 2026 | 13:34

Özbəkistan BRICS Yeni İnkişaf Bankına qoşuldu 

Özbəkistan rəsmi olaraq BRICS ölkələri tərəfindən yaradılan Yeni İnkişaf Bankına (NDB) qoşulub.

Bakıvaxtı.az "Bloomberg"ə istinadənxəbər verir ki, Özbəkistan Banka qoşulan ilk Orta Asiya ölkəsidir. 

 Bildirilir ki, artıq ilkin layihə portfeli formalaşdırılıb. Buraya nəqliyyat infrastrukturu, enerji, sənaye, kommunal xidmətlər və su təchizatı sahələrində təşəbbüslər daxildir. Bu, ölkəyə böyük infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli maliyyə resursları cəlb etmək imkanlarını genişləndirməyə imkan verəcək.

Özbəkistanın iştirakı ilə ilk layihələrin hazırlanmasına yaxın gələcəkdə başlanılması gözlənilir. 

Qeyd edək ki, İnkişaf Bankı 2015-ci ildə BRICS ölkələri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın təşəbbüsü ilə yaradılıb. Yarandığı gündən bəri Bank ümumi dəyəri təxminən 43 milyard dollar olan 139 layihənin maliyyələşdirilməsini təsdiqləyib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026