• Bakı 20° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Avtomobil azyaşlını vurdu

HADİSƏ

18 Iyun 2026 | 00:19 | Müəllif: Əli Hüseynov

Avtomobil azyaşlını vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, qəza 8 Noyabr prospektində baş verib. Belə ki, yolu keçmək istəyən azyaşlı piyada avtomobil tərəfindən vurulub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan piyadaya ilkin tibbi yardım göstərildikdən sonra onun xəstəxanaya aparıldığı bildirilir.

Piyadanın səhhəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Məlumata görə, avtomobili idarə edən sürücünün vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026