Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
08:56
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hazırda zavodun işçiləri təxliyə edilir.
Əlavə məlumat veriləcək.
Bakı 



