• Bakı 27° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Portuqaliya - Konqo oyununda qalib müəyyənləşmədi-YENİLƏNİB

İDMAN

17 Iyun 2026 | 23:08

Portuqaliya - Konqo oyununda qalib müəyyənləşmədi-YENİLƏNİB

Futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.

Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisinin heyətində Kriştianu Ronaldu oyunun əvvələrindən sonuna qədər meydanda olub və heçnə ilə yadda qalmayıb.

 

22:10

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında 1:1 hesablı heç-heçə davam edir.

Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.

 

21:55

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ilk hissə bitib.

Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Konqonun heyətində 45+5-ci dəqiqədə Yoan Vissa status-kvonu bərpa edərək komandasını fasiləyə bərabərliklə göndərib.

21:12

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

Joao Neves 6-cı dəqiqədə adını tabloya yazdırıb.

**21:02

Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, K qrupunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR