• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

ABŞ-İran razılaşmasının pərdəarxası: Məsələ neftdən sonra boğaza nəzarətdimi?

İQTİSADİYYAT

18 Iyun 2026 | 12:25

ABŞ-İran razılaşmasının pərdəarxası: Məsələ neftdən sonra boğaza nəzarətdimi?

Xəbər verdiyimiz kimi, ABŞ və İran prezidentləri münaqişəyə son qoymaq üçün anlaşma memorandumunu məsafədən imzalayıblar. Anlaşma memorandumunun imzalanmasından sonra ABŞ-İran danışıqlarının 60 günü ərzində gəmilərin Hörmüz boğazından pulsuz keçməsinə icazə veriləcək.

Maraqlıdır, pulsuz keçid qərarı neft qiymətlərinə necə təsir göstərəcək?

Bakıvaxtı.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirib razılaşma 14 maddədən ibarətdir. Dediyinə görə, bu maddələr əsasən onu əhatə edir ki, Hörmüz boğazı açılacaq və o boğaz uğrundakı gərginliyə son qoyulacaq:

“Orada sərbəst gediş-gəliş təmin olunacaq. İrana qarşı sanksiyalar yumşaldılacaq və tədricən aradan götürüləcək. Qərb İran iqtisadiyyatına investisiya yatıracaq. Hətta iddia olunur ki, ABŞ özü də İran iqtisadiyyatına investisiya qoyacaq. İran ətrafında hərbi həlqə aradan götürüləcək. Əsas maddələr bundan ibarətdir. Amma reallıq onu göstərir ki, ABŞ və İran arasında qeyd olunan razılaşma əldə olunsa da, onların bir-birinə inamı yoxdur”.

Həmsöhbətimizin qənaətincə, Hörmüz boğazı ilə bağlı qarşılıqlı ittihamların, çəkişmələrin məğzi ondan ibarət oldu ki, bu boğaz pullu keçid məntəqəsinə çevriləcək:

“Bu boğazın beynəlxalq iqtisadiyyat üçün dəyəri, strateji rolu əsas götürülərək, əlavə qazanc əldə ediləcək. Bu qazancı da hər hansı bir tərəf təkbaşına əldə edə bilməz. Əlbəttə, ABŞ istəyir ki, bu boğaza özü təkbaşına nəzarət etsin, gəliri də özü qazansın. Əldə olunan razılaşmadan keçən bir neçə gün aşkar göstərdi ki, müəyyən ziddiyyətlər, anlaşılmazlıqlar var. ABŞ-nin vitse-prezidenti Vens bildirib kii, əgər İran özünü yaxşı apararsa, razılaşmada ortaya qoyulan bütün şərtlərə əməl edərsə, ona qarşı tətbiq olunmuş sanksiyalar yumşaldılacaq. İranın dünya iqtisadiyyatına inteqrasiyasına köməklik göstəriləcək. Eyni zamanda ABŞ özü istisna olmaqla, digər dövlətlərə İran iqtisadiyyatına sərmayə qoyulmasına dair müraciət ediləcək”.

İqtisadçıya görə, bütün detallar onu göstərir ki, ABŞ sözügedən regionda bütün gəlir mənbələrinə sahib olmaq məqsədi güdür. Bölgə üzərində nəzarəti təkbaşına təmin etməyə çalışır. Vaşinqtonun əsl niyyəti bundan ibarətdir:

“Əvvəl iddia olunudu ki, guya ABŞ-də İran iqtisadiyyatına sərmayə qoyacaq, amma Vels açıq qeyd edib ki, ABŞ digər ölkələrə müraciət edə bilər ki, İran iqtisadiyyatına sərmayə qoysunlar, amma Vaşinqton özü bu niyyətdə deyil. ABŞ-nin İran iqtisadiyyatına sərmayə yatırması mümkün deyil. Hətta vitse-prezident belə bir ifadə də işlədib ki, onlar ABŞ-dən bir qəpik də görməyəcəklər”.

Pərviz Heydərov: Neftin qiyməti nə qədər ensə də, 65 dollardan aşağı düşməyəcək

P.Heydərovun sözlərinə görə, həm bu açıqlama, həm də proseslərin gedişi göstərir ki, sözügedən anlaşma memorandumundan sonra da yaxın müddət üçün hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil:

“Bu isə o deməkdir ki, neftin qiymətləri uzun müddət öz valatilliyini, dəyişkənliyini saxlmaqda davam edəcək. Hörmüz boğazı da əvvəlki boğaz olmayacaq. Sözügedən savaş da məhz bu boğaz uğrunda həyata keçirilir. Məqsəd boğaza nəzarət etməkdir ki, hazırda ABŞ buna nail olmuş kimi görünsə də, İran tərəfi də “əlini” boğazdan geri çəkmək fikrində deyil. Vəziyyət belədir. Əldə olunan razılaşma, Hörmüz boğazı uğrunda çəkişmə bir müddət də davam edəcək. Bu fonda da neftin qiyməti nə qədər ensə də, 65 dollardan aşağı düşməyəcək. Çox güman ki uzun müddət 70 dollar ətrafında qalacaq”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026