• Bakı 27° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Polis çəkiliş meydançasına basqın etdi: Məşhur aktyor saxlanıldı

DÜNYA

18 Iyun 2026 | 11:06

Polis çəkiliş meydançasına basqın etdi: Məşhur aktyor saxlanıldı

Polis TRT çəkiliş meydançasına basqın edib.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Beykozda TRT televiziyası üçün çəkilən "Atəş Dənizi" serialının çəkilişi zamanı olub. Belə ki, çəkiliş meydançasına gələn polislər baş rol ifaçısı Erdem Kaynarcanı saxlayıblar.

Polis serialda Nezih obrazını canlandıran Kaynarcanın avtomobilində axtarış aparıb.

İstintaq çərçivəsində aparılan axtarış zamanı Kaynarcanın avtomobilində heç bir cinayət sübutu tapılmayıb. Axtarışdan sonra aktyor əlavə prosedurlar üçün polis bölməsinə aparılıb.

Serialın çəkilişlərinin müvəqqəti olaraq dayandırıldığı və çəkilişə təxminən bir həftəlik işdən fasilə verildiyi bildirilir.

Halkalı Narkotik Şöbəsinə aparılan Erdem Kaynarcanın ifadəsi alınlb, saç və qan nümunələri götürülüb.

Daha sonra aktyorun sərbəst buraxıldığı bildirilir.

Hadisə ilə bağlı istintaq davam edir.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026