• Bakı 25° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Bakı metrosunda problem: eskalator qəfil dayandı

CƏMİYYƏT

17 Iyun 2026 | 18:27

Bakı metrosunda problem: eskalator qəfil dayandı

Bakıda metronun “Əcəmi” stansiyasında xoşagəlməz hadisə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, sərnişinlərin eskalatordan istifadə etdiyi vaxt qurğu qəfil dayanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, nəticədə eskalatorda olan azyaşlı uşaq müvazinətini itirərək yıxılıb və başını eskalatora vurub. Xoşbəxtlikdən, hadisə zamanı ciddi xəsarət alan olmayıb.

Qəfil nasazlıq sərnişinlər arasında qısa müddətli təşvişə səbəb olub. Bir neçə dəqiqə ərzində stansiyada olan insanlar panika və həyəcan yaşayıblar. Daha sonra vəziyyət nəzarətə götürülüb və hərəkət bərpa olunub.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR