• Bakı 27° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik

SİYASƏT

18 Iyun 2026 | 09:45

Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik

Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycanın daşımalar qovşağına çevrilməsi üçün səylər davam etdirilir:

"Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik. Hazırda bu daşımaların həcmi 15 milyon tondur. Əlbəttə, burada hər bir şey bizdən asılı deyil. Geosiyası vəziyyət, qonşuluq münasibətləri də buna təsir edir. Planımızda ərzaq təhlükəsizliyinin təmin olunması da var. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı qəbul etmişik. Özümüzü maksimum dərəcədə təmin edən səviyyədə məhsul yetişdirəcəyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026