• Bakı 27° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

"Kapital Bank" 100 milyon manatlıq istiqraz buraxır

İQTİSADİYYAT

18 Iyun 2026 | 09:43

Kapital Bank 100 milyon manatlıq istiqraz buraxır

"Kapital Bank" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 100 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

Bakıvaxtı.az bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026