• Bakı 25° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Toxunulmazlığı ləğv edilən Kazinyan saxlanıldı

DÜNYA

17 Iyun 2026 | 19:48

Toxunulmazlığı ləğv edilən Kazinyan saxlanıldı

"Güclü Ermənistan" blokunun nümayəndəsi David Kazinyan saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. 

Mərkəzi Seçki Komissiyası əvvəllər parlamentə namizəd David Kazinyanı toxunulmazlıqdan məhrum etmişdi.

O, artıq məhkəməyəqədər istintaq orqanına aparılıb.

Vəkil Aram Vardevanyan əvvəllər Kazinyana qarşı cinayət işinin "rüşvət verməyə hazırlıq"la bağlı olduğunu bildirmişdi. Kazinyanın adı iki həftə əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən dərc edilmiş səsyazmalardan birində hallanır.

Onun sözlərinə görə, ittihamlar sırf siyasi xarakter daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR