"Hall Siti" Premyer Liqaya yüksəlsə də, növbəti mövsümə mənfi xalla başlamaq təhlükəsi ilə üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, Çempionşipin pley-off finalında "Midlsbro"nu məğlub edərək elitaya vəsiqə qazanan klub mənfəət və davamlılıq qaydalarını pozduğuna görə 2026/2027 mövsümünə 6 xal silinməsi ilə başlaya bilər.
"BBC Sport"un məlumatına görə, klub təxminən 6 milyon funt sterlinqlik limiti keçib. Buna futbolçuların müqavilələrində nəzərdə tutulan və Premyer Liqaya yüksəlişdən sonra qüvvəyə minən bonus ödənişləri səbəb olub. Klubun sahibi Acun Ilıcalı da vəziyyətin ciddiliyini təsdiqləyib:
"Biz vəsaitləri həddindən artıq xərcləmişik və iyulun 1-dək bir neçə oyunçunu satmaq məcburiyyətindəyik. Biz daha çətin işlərin öhdəsindən gəlmişik. İndi Premyer Liqa komandasıyıq, oyunçuların dəyəri artıb ki, bu da bizim üçün üstünlükdür". (qol.az)
Bakı 



