• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Anar Bayramov bu xanımı özünə müşavir TƏYİN ETDİ - FOTO

CƏMİYYƏT

18 Iyun 2026 | 12:21

Anar Bayramov bu xanımı özünə müşavir TƏYİN ETDİ - FOTO

Rəna Məmmədova TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

R.Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci təhsil alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah olaraq başlayan R.Məmmədova sonrakı illərdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator vəzifəsində çalışıb.

2010-cu ildən etibarən “Paşa Sığorta” ASC-də Tibbi və səfər sığortası departamentinin rəhbəri, daha sonra isə Tibbi sığorta blokunun rəhbəri vəzifələrində çalışıb. Rəhbərlik etdiyi dövrdə tibbi sığorta, xidmətlərin təşkili, səhiyyə müəssisələri ilə əməkdaşlıq mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində fəaliyyət göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026