• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - 5189 manat

İQTİSADİYYAT

18 Iyun 2026 | 12:40

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - 5189 manat

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahədə orta aylıq maaş 4 327,8 manat təşkil edib.

Sektor daxilində fərqlənmə də müşahidə olunur: dövlət müəssisələrində orta aylıq əməkhaqqı 2 530,2 manat olduğu halda, qeyri-dövlət sektorunda bu göstərici 5 189,2 manat səviyyəsinə yüksəlib.

Mədənçıxarma sənayesindən sonra yüksək maaş göstəriciləri maliyyə və sığorta fəaliyyəti, eləcə də informasiya və rabitə sahələrində qeydə alınıb.

Statistik göstəricilər 2026-cı ilin ilk beş ayı üzrə iqtisadi fəaliyyət sahələri və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqını əks etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026