• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Araz-Naxçıvan”dan yeni transfer

İDMAN

18 Iyun 2026 | 14:41 | Müəllif: Subhan Mahmudov

“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubdan Bakıvaxtı.az-a bildirilib ki, gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalanıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub. İ.Piriyev 2025/2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debüt edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026