• Bakı 26° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

ABŞ-İran razılaşması: 60 gündən sonra nə olacaq?

SİYASƏT

18 Iyun 2026 | 14:54

ABŞ-İran razılaşması: 60 gündən sonra nə olacaq?

ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən təsdiqlənib.

Layihəyə əsasən, memorandum ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını, tərəflərin bir-birinin suverenliyinə hörmət etməsini və 60 gün ərzində yekun sülh sazişi üzrə danışıqlar aparılmasını nəzərdə tutur. Sənəddə həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpası, sanksiyaların mərhələli şəkildə yumşaldılması və İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi kimi müddəalar yer alıb. Tərəflərin 108 günlük münaqişədən sonra imzalanan sazişə sadiq qalıb-qalmayacağını zaman göstərəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Rasim Musabəyov deyib ki, imzalanan sənəd sadəcə memorandumdur və onu konkret razılaşma sənədi kimi dəyərləndirmək doğru olmaz.

Deputat vurğulayıb ki, memorandum niyyət protokoludur:

“Yəni tərəflər bu memorandumla daha çox öz istəklərini ifadə edirlər. Onu da demək istəyirəm ki, bu sənədin ömrü 60 gündür. Müzakirələrin aparılacağı 60 gün ərzində Hörmüz boğazından keçid bərpa olunmalıdır və bu müddət ərzində tərəflər bir-birinə zərbə vurmayacaq. Sənəddə bundan uzağa gedən başqa məsələ yoxdur”.

Müsahibimiz qeyd edib ki, əslində tərəflərin belə bir fasilə əldə etməsində taktiki istəklər mövcuddur. Dediyinə görə, ABŞ Prezidenti Donald Tramp istəyir ki, futbol üzrə dünya çempionatı sakit şəraitdə keçirilsin:

“Bundan başqa, ABŞ-nin 250 illik yubileyi ilə bağlı tədbirlərin həyata keçirilməsi də gündəmdədir. Əsasən isə dünya bazarında neft qiymətləri çox şişməsin. Hörmüz boğazında təxminən 2 mindən çox böyük və orta gəmilər ilişib qalıb. 60 gündə boğaz minalardan təmizlənməli və keçidlər üçün heç bir rüsum alınmamalıdır”.

Rasim Musabəyov: Əslində tərəflərin belə bir fasilə əldə etməsində taktiki istəklər mövcuddur

Həmsöhbətimiz vurğulayıb ki, 60 günlük zaman ərzində açıq qalan məsələlərin müzakirəsi davam edəcək:

“Açıq məsələdən ən önəmlisi İranın nüvə proqramı ilə bağlıdır. Tərəflərin bu məsələdə ortaq məxrəcə gəlib-gəlməyəcəyi sual altındadır. İran da öz növbəsində 60 gündən maksimum istifadə etməyə çalışacaq. Tehran hökuməti daxildə də ciddi problemlər yaşayır. Nəhayət, İran demək olar ki, öz neftini ixrac edə bilmir, amma hasilatı davam etdirir. İstisna etmirəm ki, tərəflərdən hansısa 60 gün ərzində təxribata əl atarsa, proses pozulacaq”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026